MEXC hesabınızı silmək qaydası: Addım-addım təlimat və tez-tez verilən suallar
Əsas məqamlar:Yalnız hesab sahibi silmə sorğusu təqdim edə bilər. Sorğunu MEXC veb-saytı və ya tətbiqi vasitəsilə özünüz təqdim edin.Silinmə birdəfəlik əməliyyatdır. Hesab silindikdən sonra onu bərpa edə və treydinq tarixçəniz də daxil olmaqla onun məlumatlarına giriş əldə edə bilməzsiniz.Sorğu təqdim edə bilmirsinizsə, təhlükəsizlik parametrlərinizi, hesab balansınızı və hesabınızın hər hansı məhdudiyyətə məruz qalıb-qalmadığını yoxlayın.Silindikdən sonra eyni e-poçt ünvanı və ya telefon nömrəsi ilə yenidən qeydiyyatdan keçə və yeni hesabınızı doğrulamaq üçün eyni kimlik sənədindən istifadə edə bilərsiniz.1. MEXC hesabınızı silmədən əvvəl1.1 MEXC hesabımı sildikdə nə baş verir?MEXC hesabınız silindikdən sonra artıq daxil ola bilməzsiniz. Hesab və ya orada qalan hər hansı aktiv bərpa edilə bilməz. Həmçinin treydinq tarixçəniz də daxil olmaqla bütün hesab məlumatlarına girişi itirirsiniz.Hesabın silinməsini tələb etmədən əvvəl saxlamaq istədiyiniz bütün qeydləri yadda saxlayın və hələ də çıxarmalı olduğunuz aktivləri yoxlayın.1.2 Hesabımı silmək üçün hansı tələblər var?Sorğu təqdim etmədən əvvəl aşağıdakıları yoxlayın:1) Hesabınızdakı aktivlərin ümumi dəyəri 5 USDT-dən az olmalıdır.2) Hesabınız təhlükəsizlik tələblərinə cavab verməlidir. MEXC əlavə doğrulama metodu kimi Google Authenticator-u əlaqələndirməyi tövsiyə edir.3) Hesabınızda risklərə nəzarət üzrə həll edilməmiş məhdudiyyətlər olmamalıdır.Bu tələbləri yerinə yetirdikdən sonra silmə sorğusu təqdim edə bilərsiniz.1.3 Silmə sorğusu təqdim etdikdən sonra hesabımdan istifadəyə davam etmək istəsəm, nə etməliyəm?Silinmə tamamlanmadan əvvəl tələbi ləğv edərək hesabınızı saxlaya bilərsiniz. Hesabı silin səhifəsinə keçin və Silinməni ləğv edin seçin.2. Hesabın silinməsi üçün sorğu təqdim etmək qaydası2.1 Silmə sorğusunu necə təqdim edim?Sorğunuzu MEXC veb-saytında və ya tətbiqdə təqdim edə bilərsiniz:Veb-sayt: Hesabı silin səhifəsinə keçin və sorğunuzu təqdim edin.MEXC tətbiqi: Əsas ekranda profil ikonunuza toxunun. Təhlükəsizlik, sonra Hesabın idarə edilməsi bölməsinə keçin və Hesabı silin seçin.Sorğunuzu təqdim etdikdən sonra səhifədə hesabınız üçün təxmini emal müddəti göstərilir.2.2 Müştəri xidməti hesabımı mənim üçün silə bilər?Xeyr. Hesabınızı və məxfiliyinizi qorumaq üçün MEXC sorğunun hesab sahibi tərəfindən təqdim edilməsini tələb edir. Hesabınızı silmək qərarına gəlmisinizsə, sorğunu Hesabı silin səhifəsində özünüz təqdim edin.2.3 Hesabın silinməsi nə qədər vaxt aparır?Emal müddəti hesabınızın risk statusundan asılıdır. Sorğunuzu təqdim etdikdən sonra Hesabı silin səhifəsini yoxlayaraq təxmini tamamlanma vaxtını öyrənin.2.4 Silmə sorğusu təqdim etdikdən sonra onu ləğv edə bilərəm?Bəli. Sorğu gözləmədə olarkən Hesabı silin səhifəsini açın və Silinməni ləğv edin seçin. Hesab silindikdən sonra onu bərpa etmək mümkün deyil.3. Hesabın silinməsi ilə bağlı problemlərin həlli3.1 Hesabımı silməyə cəhd edərkən niyə xəta görürəm?İki geniş yayılmış səbəb var:1) Hesabınızın təhlükəsizlik səviyyəsi çox aşağıdır. Başqa doğrulama üsulu təyin edin və yenidən cəhd edin. MEXC Google Authenticator tətbiqini əlaqələndirməyi tövsiyə edir.2) Siz alt hesabdan istifadə edirsiniz. Alt hesablar birbaşa silinə bilməz. Alt hesaba artıq ehtiyacınız yoxdursa, əvəzində onu Alt hesabın idarə edilməsi bölməsində dondura bilərsiniz.*BTN-İkimərhələli autentifikasiya&BTNURL=https://www.mexc.com/az-AZ/user/security*3.2 Niyə davamlı olaraq qeyri-adi fəaliyyət xəbərdarlığı görürəm?Xəbərdarlıq hesabınızın risklərə nəzarət məhdudiyyəti altında olduğunu bildirir. Tələb olunan sənədləri yükləmək üçün səhifədəki təqdim etmək düyməsindən istifadə edin. MEXC onları təsdiqlədikdən və məhdudiyyəti aradan qaldırdıqdan sonra silmə sorğunuzu yenidən təqdim edin.3.3 Nə üçün səhifədə aktivlərimin 5 USDT-dən çox olduğu qeyd edilir?Əvvəlcə aktivlərinizin ümumi dəyərinin 5 USDT-dən aşağı olduğunu yoxlayın. Əgər belədirsə və xəbərdarlıq hələ də görünürsə, canlı söhbət vasitəsilə Müştəri xidməti ilə əlaqə saxlayın və xəbərdarlığın skrinşotunu və ya ekran yazısını paylaşın ki, Müştəri xidməti nümayəndəmiz məsələni araşdıra bilsin.3.4 Hesabımı silmək üçün daxil ola bilmirəmsə, nə etməliyəm?Əgər MEXC yerli tələblərə uyğun olaraq sizin regionunuzda müəyyən xidmətləri məhdudlaşdırıbsa, həmin məhdudiyyətlər sistemə daxil olmağınıza da mane ola bilər. Regionunuz üzrə rəsmi elanı yoxlayın. Hindistan üçün baxın: Hindistan istifadəçiləri üçün xidmətlərin dayandırılması artıq qüvvədədir.4. MEXC hesabınız silindikdən sonra4.1 Hesabım silindikdə mənə bildiriş gələcək?Bəli. Silinmə tamamlanan kimi MEXC qeydiyyatdan keçmiş e-poçt ünvanınıza e-poçt və ya telefon nömrənizə mətn mesajı vasitəsilə bildiriş göndərəcək.4.2 Eyni e-poçt ünvanı, telefon nömrəsi və ya kimlik sənədindən yenidən istifadə edə bilərəm?Bəli. Eyni e-poçt ünvanı və ya telefon nömrəsi ilə yeni MEXC hesabı üçün qeydiyyatdan keçə bilərsiniz. Həmçinin yeni hesabda kimliyinizi təsdiqləmək üçün eyni kimlik sənədindən istifadə edə bilərsiniz.4.3 Hesabım silindikdən sonra treydinq tarixçəmə giriş əldə edə bilərəm?Xeyr. Silindikdən sonra MEXC hesabınızı bərpa edə və treydinq tarixçəniz də daxil olmaqla onun qeydlərini təqdim edə bilməz. Silmə sorğusu təqdim etmədən əvvəl ehtiyacınız olan bütün qeydləri ixrac edin və saxlayın.Hesabın silinməsi birdəfəlik əməliyyatdır. Sorğu təqdim etmədən əvvəl saxlamaq istədiyiniz bütün aktivləri çıxardığınıza və ehtiyacınız olan qeydləri saxladığınıza əmin olun. Sualınız varsa, Yardım mərkəzi səhifəsinə daxil olun və ya canlı söhbət vasitəsilə MEXC ilə əlaqə saxlayın.Tövsiyə olunan materiallar:MEXC hesabının açılması prosesi (Tətbiq)MEXC hesabının açılması prosesi (Veb)MEXC şifrələrindən istifadə qaydası (Tətbiq)MEXC hesabınızla əlaqələndirilmiş e-poçt ünvanını dəyişdirmək qaydasıTəhlükəsizlik doğrulamasının sıfırlanması
MEXC hesabı qeydiyyatı (veb)
1. E-poçt və ya mobil nömrə ilə qeydiyyatdan keçinMEXC-nin rəsmi veb-saytını açın və Qeydiyyat düyməsinə klikləyin.E-poçt ünvanınızdan və ya mobil nömrənizdən istifadə edərək qeydiyyatdan keçməyi seçə bilərsiniz. Burada nümunə olaraq elektron poçtdan istifadə edəcəyik. Qeydiyyat səhifəsində hesab məlumatlarınızı və parolunuzu daxil edin, sonra Qeydiyyat üzərinə klikləyin. Şifrələr böyük hərflər, kiçik hərflər, rəqəmlər və simvollar daxil olmaqla ən azı 10 simvoldan ibarət olmalıdır.Qeyd: Dəvət kodunuz varsa, "Dəvət kodunu daxil" sahəsini işarələyin. Dəvət proqramı haqqında ətraflı məlumat Dostların MEXC-də qeydiyatdan keçməyə dəvət edilməsi təlimatına baxın.Tapmaca doğrulamasını tamamlamaq üçün slayderi sürüşdürün. Doğrulamadan sonra avtomatik olaraq növbəti ekrana yönləndiriləcəksiniz.e-poçt gələnlər qutunuzda qeydiyyat zamanı göndərilən doğrulama kodunu tapın. Qeydiyyat prosesini tamamlamaq üçün 6 rəqəmli kodu daxil edin və “Təsdiq et” üzərinə klikləyin.Doğrulama kodunu gələnlər qutunuzda, spam və ya zibil qutularınızda tapa bilmirsinizsə, yenidən sorğu göndərmək üçün "Doğrulama kodu almadınız?" üzərinə klikləyin.2. Üçüncü tərəf hesabı ilə qeydiyyatdan keçinHəmçinin Google hesabı, Apple hesabı, MetaMask pul kisəsi və ya Telegram hesabı istifadə edərək tez bir zamanda qeydiyyatdan keçməyi və daxil olmağı seçə bilərsiniz. Burada MetaMask pul kisəsindən istifadəni nümayiş etdirəcəyik.Daxil olmaq üçün MetaMask Pul kisəsi üzərinə klikləyin. İmza pəncərəsi açılacaq. Təsdiqləmək “İmza” üzərinə klikləyin.Növbəti addımda “Yeni MEXC hesabı üçün qeydiyyat” üzərinə klikləyin.Daha sonra e-poçt və ya mobil nömrənizlə qeydiyyatdan keçməyi seçə bilərsiniz. Burada nümunə olaraq elektron poçtdan istifadə edəcəyik.E-poçt ünvanınızı və parolunuzu daxil edin, İstifadəçi razılaşması və Məxfilik siyasəti xanalarını işarələyin, sonra “Qeydiyyat” üzərinı klikləyin.Təhlükəsizlik doğrulamasını tamamlayın.E-poçt gələnlər qutunuzda qeydiyyat zamanı göndərilən doğrulama kodunu tapın. Qeydiyyat prosesini tamamlamaq üçün 6 rəqəmli kodu daxil edin və “Təsdiq et” üzərinə klikləyin.Doğrulama kodunu e-poçt gələnlər qutunuzda, spam və ya zibil qutularınızda tapa bilmirsinizsə, yeni kod sorğusu göndərmək üçün "Doğrulama kodu almadınız?" üzərinə klikləyin.Tövsiyə olunan oxu materialı:MEXC hesabı qeydiyyatı (tətbiq)Dostlarınızı MEXC-də qeydiyyatdan keçməyə dəvət edin
MEXC hesabı qeydiyyatı (tətbiq)
1. E-poçt/Telefon nömrəsi ilə qeydiyyatdan keçin1) MEXC tətbiqini açın. Yeni istifadəçilərin ilk girişi qeydiyyat kimi qəbul ediləcək. E-poçt ünvanınızdan, mobil nömrənizdən istifadə edərək və ya pul kisənizi qoşaraq qeydiyyatdan keçə bilərsiniz. Bu nümunədə e-poçt qeydiyyatı prosesini nümayiş etdirəcəyik.2) E-poçt ünvanınızı daxil edin və parol yaradın, sonra “Qeydiyyat” üzərinə klikləyin. Şifrələr böyük hərflər, kiçik hərflər, rəqəmlər və simvollar daxil olmaqla ən azı 10 simvoldan ibarət olmalıdır.Qeyd: Dəvət kodunuz varsa, ▾ üzərinə klikləyin və onu sahəyə daxil edin. Dəvət proqramı haqqında ətraflı məlumat Dostların MEXC-də qeydiyatdan keçməyə dəvət edilməsi təlimatına baxın.3) Slayder vasitəsilə doğrulamanı tamamlayın.4) Qeydiyyatdan keçmək üçün istifadə etdiyiniz e-poçt ünvanına daxil olun, gələnlər qutunuza göndərilən doğrulama kodunu tapın və e-poçt doğrulaması sahəsinə daxil edin. Qeydiyyatınızı tamamlamaq üçün “Təsdiq et” üzərinə klikləyin.Doğrulama kodunu gələnlər qutunuzda, spam və ya zibil qutularınızda tapa bilmirsinizsə, yenidən sorğu göndərmək üçün "Doğrulama kodu almadınız?" üzərinə klikləyin.2. Pul kisəsi vasitəsilə qeydiyyatdan keçin1) MEXC tətbiqini açın. Yeni istifadəçilərin ilk girişi qeydiyyat kimi qəbul ediləcək. Pul kisəsinə toxunun.2) “Pul kisəsini əlaqələndir” üzərinə toxunun.3) "Pul kisəsini seç" üzərinə toxunun. Nəzərə alın ki, pul kisəsi vasitəsilə MEXC hesabına qeydiyyatdan keçmək üçün iki addım tələb olunur: pul kisəsinin seçilməsi, qoşulması və pul kisəsi imzasının tamamlanması.4) Artıq cihazınıza quraşdırılmış pul kisəsi seçin və hesaba daxil olduğunuza əmin olun. Məsələn, burada MetaMask pul kisəsindən istifadəni nümayiş etdirəcəyik. Davam etmək üçün MetaMaskı seçin.5) MetaMask pul kisəsində “Qoşul” üzərinə klikləyin.6) Qoşulduqdan sonra MEXC tətbiqində təsdiq pəncərəsi açılacaq və “Qoşulmaq üçün pul kisəsini seçin” sözlərinin yanında ☑︎ simvolu görünəcək. Sonra "İmza tələb et" üzərinə toxunun.7) MetaMask pul kisəsində “Təsdiq et” üzərinə toxunun.8) İmza doğrulandıqdan sonra MEXC tətbiqinə qayıdın və MEXC hesabınızın qeydiyyatını tamamlamaq üçün “Qeydiyyat” üzərinə toxunun.3. Üçüncü tərəf hesabı vasitəsilə qeydiyyatdan keçinGoogle hesabı, Apple hesabı, Telegram hesabı və ya digər üçüncü tərəf giriş üsulları ilə daxil olmaqla tez bir zamanda qeydiyyatdan keçə bilərsiniz. Burada Google hesabından necə istifadə edə biləcəyimizi nümayiş etdirəcəyik.1) MEXC tətbiqini açın. Yeni istifadəçilərin ilk girişi qeydiyyat kimi qəbul ediləcək. Google işarəsinə toxunun.2) “Davam et” üzərinə toxunun.3) Google hesabınızın e-poçt ünvanını və parolunu daxil edin.4) Google e-poçtunuza göndərilən rəqəmlə doğrulamanı tamamlayın.5) MEXC-ə yenidən daxil olmaq üçün “Davam et” üzərinə toxunun.6) Qeydiyyatı yekunlaşdırmaq üçün doğrulama kodunu daxil edin, sonra hesabınızın qurulmasını tamamlamaq üçün “İndi əlaqələndir” üzərinə toxunun.Tövsiyə olunan oxu materialı:MEXC hesabı qeydiyyatı (veb)Dostlarınızı MEXC-də qeydiyyatdan keçməyə dəvət edin MEXC hesabı qeydiyyatı (tətbiq)